Millimiz Avropa çempionatının əsas mərhələsində bu gün növbəti oyununu keçirib. Bakı İdman Sarayında komandamız Yunanıstan yığmasını qəbul edib. İkinci ev oyununda komandamız hesabı erkən açdı. Xəzərin zərbəsindən sonra qapıçı topu geri qaytarsa da, özünü çatdıran Oktay rəqib torunu silkələməyi bacardı. 15-ci dəqiqədə rəqib cərimə zərbəsi zamanı hesaba tarazlıq gətirdi və komandalar fasiləyə “sülh”lə yollandılar. İkinci hissədə də tərəflər hərəyə bir qol vurdu. Əvvəlcə qonaqlar hesabda üstünlük qazandı. Final fitinəı 2 dəqiqə qalmış avtoqol sayəsində hesab bərabərləşdi.
Azərbaycan – Yunanıstan (1:1) 2:2
AÇ-2026. Əsas mərhələ. V qrup
4 fevral. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Telmen Undrakh (Norveç), Yakob Pavlovski (Almaniya), Dag Erik Tangvik (Norveç)
Timekepeer: Ramil Namazov (Azərbaycan)
Hakim-inspektor: Stefan Tivold (Sloveniya)
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)
Qollar: Oktay Rüstəmli, 0:52, Spyridon Papakostas, 38:52 (ö/q) // Leandros Tankas, 14:25, Marios Ntatis, 37:24
Sarı vərəqələr: Nihad İsmayılov, 14:24 // Vasilis Tzakidis, 25:00, Kostas Panou, 29:31
Azərbaycan
12. Rövşən Hüseynli (q), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 14. Tofiq Mikayılov, 1. Emin Kürdov (q, k), 2. Nihad İsmayılov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 10. Seymur Məmmədov, 17. Nurlan Mehdizadə, 20. Fərid Abbasov
Baş məşqçi: Vitali Borisov
Yunanıstan
1. Nikolaos Aronis (q), 4. Seiti Ensi, 6. Andreas Tarnanidis, 7. Marios Ntatis, 9. Alexandros Adamopoulos, 12. Dimitris Zervas (q, k), 2. Evangelos Avlonitis, 3. Konstantinos Papadopoulos, 5. Dimitrios Karydas, 8. Lampros Tsinas, 10. Spyridon Papakostas, 11. Leandros Tankas, 13. Kostas Panou, 14. Vasilis Tzakidis
Baş məşqçi: İoannis Ziavas