Mərkəzi oyun canlı yayımlanacaq
Yüksək Liqada XI turun mərkəzi oyunu canlı yayımlanacaq. Tamaşaçılar lider “Baku Fire”lə ikinci pillədə qərarlaşan “Araz-Naxçıvan” arasında fevralın 20-də, saat 14:00-da, Bakı İdman Sarayında keçiriləcək görüşü CBC Sport kanalı vasitəsilə canlı izləyə bilərlər.