...

Finalçılar müəyyənləşib


Bu gün Azərbaycan kubokunun ½ final mərhələsinin oyunları keçirilib. Əvvəlcə Yüksək Liqanın 2 iddialı komandası üz-üzə gəlib. 6:3 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” ilk finalçı olub. Digər matçda isə Birinci Liqanın lideri PFL U-19-dan güclü olub. Təcrübəli futzalçılardan qurulan aşağı liqa təmsilçisi “Araz-Naxçıvan”la finalda qarşılaşmaq hüququ qazanıb. Final iyunun 5-də keçiriləcək.

Araz-Naxçıvan – Neftçi İK (3:2) 6:3

27 fevral. Olimpik Star. Saat 16:00

Hakimlər: Əli Cəbrayılov, Ramil Namazov, Kənan Məlikov

Hakim-inspektor: Ramiz Əsədov

Qollar: Roman Adamov, 1:25, 20:49, Amirhossein Rasouli, 9:15, Xəzər Ağalızadə, 10:56, 39:34, Mateus, 21:13 // Emil Həsənzadə, 8:37, Javad Haidar, 11:29, Abdul Ghafar, 21:03

Sarı vərəqələr: Ülvi Əliyev, 11:37, Mateus, 16:14, Amirhossein Rasouli, 17:53 // Vladislav Reznov, 9:14, Zamin Həsənov, 9:14, Xətai Bağırov, 16:14, Javad Haidar, 22:51

Qırmızı vərəqə: Vladislav Reznov, 14:35 (ikinci sari vərəqə)

 

PFL – U-19 (3:0) 4:0

27 fevral. Olimpik Star. Saat 18:00

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Elgün Hüseynov

Hakim-inspektor: Murad Məmmədov  

Qollar: Nicat Qafarlı, 6:39, Eyvaz Tağıyev, 11:48, Elçin İsmayılov, 17:22, Raqif Eyvazov, 29:00

Sarı vərəqələr: Eyvaz Tağıyev, 13:16, Balarza Qədirli, 35:17 // Elgün Sadıqlı, 36:11, Aslan Hüseynov, 39:08