AVRO-2026-nın seçmə mərhələi çərçivəsində martın 11-də səfərdə Yunaıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir. Bu gün komandanın KİV üçün açıq məşqi, baş məşqçi Vitali Borisovun istirakı ilə brifinq keçirilib. O, hazırlıq və şanslar barədə bunları deyib:
“Martın 3-dən hazırlığa başlamışıq. Sabah Bakıda sonuncu məşqimizi keçirəcəyik və gecəyarısı Afinaya yola düşəcəyik. Seymur Məmmədov ailə vəziyyəti, Rövşən Hüseynli isə məşqdə zədələndiyinə görə heyətdən kənarlaşdırılıb. İstənilən zədə komandamıza təsir edir. Çünki seçim imkanımız geniş deyil.
Səfərə qələbə qazanmaq üçün yollanırıq. Əlbəttə, uzun müddətdir qələbə qazana bilməməyimiz komanda üzvlərinə psixoloji baxımdan təsir edir. Ona görə bu seriyanı qırmalıyıq. İstər Yunanıstanla, istərsə də İsveçlə Bakıdakı oyunlarda qələbə qazanmağa yaxın olduq. Sadəcə, həmin oyunlarda bəxtimiz və təcrübəsizlik sözünü dedi.
İkinci yer uğrunda mübarizə davam edir. Şansımız var. İsveç və Yunanıstanla oyunlarda 3 xal qazansaq, bunu bacaracağıq. Xorvatiyanı məğlub etmək çox çətindir. Uşaqlar istəklidirlər, əhval-ruhiyyə yaxşıdır”.