...

“Vacib görüşdür”


Martın 11-də Afinada Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin bu gün media üçün açıq məşqi olub. Məşqdən əvvəl jurnalistlərin suallarını cavablandıran kapitan Emin Kürdov bunları deyib:

“Məşqlərə həftənin əvvəlindən başlamışıq. Sabah isə səfərə çıxırıq. Heyətimizdə müəyyən dəyişikliklər oldu. Hazırlıq plana uyğun şəkildə davam etdirilir. Əvvəlki iki gündə daha intensivlər məşqlər keçdik.

Ab-hava yaxşıdır, səfərdə oynasaq da, hər kəs qələbəyə köklənib. Başa düşürük, çətin olacaq. Onlar doğma meydanda oynayacaqlar. Azarkeş amili də xeyirlərinə olacaq. Bizim isə mübarizəni davam etdirmək, play-off mərhələsinə vəsiqə qazanmaq üçün qələbə qazanmaqdan başqa şansımız yoxdur. Əslində, ikinci yer uğrunda mübarizə baxımından hər iki komanda üçün vacib görüşdür”.