...

İntizam Komitəsinin qərarları


13 yanvar 2019-cu il, futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçının 30-cu dəqiqəsində “Standard” klubunun 9 №-li futbolçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə AFFA və AFF-nin bayrağı altından təşkil edilən yarışlardan kənarlaşdırılır (maddə 38.7) (maddə 42.4). Oyunun 38-ci dəqiqəsində “Star Karqo” klubunun 4 №-li futbolçusu Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.2).