...

“Bizə qarşı fərqli oynayacaqlar”


Avropa çempionatının əsas mərhələsində bu gün növbəti oyununu keçirəcək Azərbaycan millisi Yunanıstanla qarşılaşacaq. Afinada keçiriləcək görüşün hazırlığını yekunlaşdıran komandamızın baş məşqçisi Vitali Borisov azfutzal.az-a bunları deyib:

“Afinada iki məşq keçirdik. Demək olar, oyuna hazırıq. Düzdür, heyətimizdə yüngül zədəli - Kamran Hacıyev, Nihad İsmayılov və Murad Quluzadə - futzalçılar var. Amma oynayacaq durumdadırlar. Əsasən standart vəziyyətlər, taktiki-texniki tapşırıqlar üzərində işlədik. Çalışdıq ki, uşaqları çox yormayaq. Çünki yol da qət etmişik. Həm də “4-lük”ləri müəyyənləşdirdik.

Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Bu görüş tək bizim yox, rəqib üçün finala bərabər olacaq. Gərgin oyun gözləyir bizi.

Yunanıstan millisi 4 gün əvvəl Xorvatiya ilə qarşılaşıb. Həmin oyunu izləmişik. Onlar bizə qarşı eyni oyun üslubuna çıxış etməyəcəklər. Xorvatlarla görüşdə müdafiədən oynadılar, qapıçıları da yaxşı dayandı. Bu dəfə pressinq edəcəklər. Yenə deyirəm, doğma meydanda oynayırlar, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Məqsəd eynidir. Ümid edirəm ki, səfərdən 3 xalla dönəcəyik”.