Bu gün AVRO-2026-nın əsas mərhələsinin V qrupu çərçivəsində Azərbaycan millisi səfərdə Yunanıstan yığması ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibi komanda açıb. İkinci hissəyə futzalçılarımız daha fəal başlayıb. Ardıcıl real epizodları dəyərləndirə bilməyən yığmamız 31-ci dəqiqədə standart vəziyyətin icrasından sonra yenidən mərkəzə dəvət olunub. Bundan sonra qapıçını da meydan oyunçusu ilə əvəzləyən millimiz 2 dəqiqə sonra fərqi minimuma endirib. Eldar Zeynalovun qapıya paralel ötürməsini Kənan Manafov tora qovuşdurub. Manafov matçın başa çatmasına 22 saniyə qalmış bu dəfə hesaba tarazlıq gətirib. Dərhal 5 oyunçuya keçən rəqib final fitinə 4 saniyə qalmış qələbə topunu vurub. Komandamız qrupda növbəti oyununu aprelin 11-də səfərdə İsveç yığmasına qarşı keçirəcək.
Yunanıstan - Azərbaycan (1:0) 3:2
AÇ-2026. Əsas mərhələ. V qrup
11 mart. Afina. DAİS Sports Hall. Saat 21:00
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov
(Hakimlər briqadası Bolqarıstandandır)
Hakim-inspektor: Sven Eichler (Almaniya)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)
Qollar: Alexandros Adamopoulos, 2:11, Spyridon Papakostas, 30:39, Marios Ntatis, 39:56 // Kənan Manafov, 32:39, 39:38
Sarı vərəqələr: Murad Quluzadə, 23:35, Xəzər Ağalızadə, 30:37, Eldar Zeynalov, 32:03
Yunanıstan
1. Nikolaos Aronis (q), 3. Dimitrios Ntarlas, 6. Alexandros Adamopoulos, 10. Spyridon Papakostas, 13. Kostas Panou, 12. Vasileios Çaralampopoulos (q), 2. Georgios Avlonitis, 4. 4. Seiti Ensi, 5. Dimitrios Karydas, 7. Marios Ntatis, 8. Lampros Tsinas, 9. Leandros Tankas, 11. Antonios Manos (k), 14. Vasilis Tzakidis
Baş məşqçi: İoannis Ziavas
Azərbaycan
1. Emin Kürdov (q, k), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 14. Tofiq Mikayılov, 12. Kamran Hacıyev (q), 2. Nihad İsmayılov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Eldar Zeynalov, 9. Emil Həsənzadə, 10. Murad Quluzadə, 17. Nurlan Mehdizadə, 20. Novruz Kazıxanov
Baş məşqçi: Vitali Borisov