Bu gün Yüksək Liqadan XIII tura start verilib. Günün yeganə oyununda lider "Baku Fire" U-19-la qarşılaşıb. Gənclər Avropa çempionatının əsas mərhələsi oyunları öncəsi əzmkarlıq göstərsə də, məğlubiyyətdən qurtula bilməyib. Matç liderin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər oyunları martın 27-də Olimpik Starda keçiriləcək.