Avropa çempionatının əsas mərhələsinin oyunlarına hazırlıq məqsədi ilə martın 16-dan təlim-məşq toplanışına yığışan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Bakıda son məşqini keçirib. Baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 18 futzalçı dəvət etsə də, səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 nəfərlə yollanacaq. Millinin yekun heyətini diqqətinizə çatdırırıq:
Qapıçılar: Hüseyn Abdulov, Əli Həsənzadə
Oyunçular: Rəvan Məşiyev, Oqtay Mahmudzadə, Ədalət Ələkbərov, Hüseyn Cəfərzadə, Pünhan Qasımzadə, Nazim Hüseynov, Bəyoğlan Vəlizadə, Fariz Hüseynov, Rəvan Quliyev, Elgün Sadıqlı
Qeyd edək ki, U-19 martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyə yığması ilə qarşılaşacaq. Qrup oyunlarını birinci pillədə başa vuracaq komanda final mərhələsinə vəsiqə qazanacaq.