...

Hakimlərimizə beynəlxalq təyinat


FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb. Onlar aprelin 15-də Nikosia şəhərində keçiriləcək Kipr – Almaniya oyununu idarə edəcəklər. H. Qafarlı birinci. Ə. Cəbrayılov ikinci, K. Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemarck qiymətləndirəcək.