Avropa çempionatının əsas mərhələsində çıxış edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millis bu gün Bakı-İstanbul-Zaqreb hava reysi ilə Xorvatiyanın paytaxtına, oradan da avtobusla oyunların keçiriləcəyi Omiş şəhərinə gəlib. Komandamız bu gün oyunöncəsi məşqini matçın keçiriləcəyi Ribnjak İdman Arenasında reallaşdırıb.
Qeyd edək ki, U-19 sabah Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. .