...

Yüksək Liqa, XIV tur: Oyun cədvəli


Yüksək Liqada XIV turun oyun cədvəli açıqlanıb. Turun 2 oyunu aprelin 3-də Olimpik Starda keçiriləcək. “Şuşa” – U-19 oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsində iştirakı və komandanın Xorvatiyadan paytaxta tura yaxın dönməsidir. Yol yorğunluğunu və “Şuşa” komandasının razılığını nəzərə alan Azərbaycan Futzal Federasiyası U-19-un müraciətini müsbət cavablandırıb.

XIV tur

Araz Naxçıvan - Neftçi İK

3 aprel. Olimpik Star. Saat 14:00

 

Baku Fire - Yasamal Bakı

3 aprel. Olimpik Star. Saat 16:00