...

Millinin Helsinqborq Arenada ilk məşqi (fotolar)


Avropa çempionatının əsas mərhələsində İsveçlə qarşılaşacaq Azərbaycan millisi bu gün oyunun keçiriləcəyi Helsinqborq Arenada məşq edib. Təxminən 90 dəqiqə davam edən hazılıq prosesi zamanı futzalçılar isinmə hərəkətlərindən sonra taktiki tapşırıqlar yerinə yetirib, standart vəziyyətlər üzərində işləyib.
Qeyd edək ki, İsveç - Azərbaycan oyunu aprelin 11-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.