...

“Verilən tapşırıqları düzgün icra edə bilsələr...”


Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün İsveçlə qarşılaşacaq Azərbaycan millisi Helsinqborq Arenada son məşqini keçirdi. Standart vəziyyətlər üzərində işləyən komandanın baş məşqçisi Vitali Borisov durumla bağlı azfutzal.az-a bunları deyib:

“İsveçdə iki məşq keçirdik. Həm taktiki planda çalışmalar etdik, həm də bu məşqlər zalın örtüyünə uyğunlaşmaq baxımından əhəmiyyətli idi. Komandada əhval-ruhiyyə yaxşıdır. Uşaqlar sona qədər mübarizə aparacaqlar.

Qrupdan çıxmaq baxımından şansımız qalmasa da, reytin xalları və ilk qələbəmizi qazanmaq üçün “döyüşəcəyik”. Bir növ bu matç bizim üçün nüfuz oyunudur. Əlbəttə, bura tam heyətlə gələ bilmədik. Çünki zədəli futzalçılarımız oldu. Onların yoxluğuna rəğmən, çalışacağıq buradan sərfəli nəticə ilə dönək və Bakıda Xorvatiyaya qarşı yaxşı oyun keçirək. Futzalçılarımız onlara verilən tapşırıqları düzgün icra edə bilsələr, istədiyimizi əldə edəcəyik”.