AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi son səfər oyununu keçirdi. Komandamız Helsinqborq Arenada İsveç yığmasının qonağı olub. Səfərə zədə səbəbindən bir neçə əsas oyunçusuz yollanan millimiz arenaya təşrif buyuran həmvətənlərimizin dəstəyi ilə oyuna fəal başladı. Artıq 2-ci dəqiqədə rəqib 2 dəfə meydanın mərkəzinə dəvət olundu. Oktay Rüstəmli dubl edib. Hissənin ortalarında meydan sahibi komanda fərqi minimuma endirsə də, 12-ci dəqiqədə yenidən yığmamız qol vurdu. Bu dəfə Rüstəm Bağırov millidə qol hesabını açdı. Düzdür, 15-ci dəqiqədə İsveç yenidən fərqi minimuma endirdi. Halbuki fasiləyə qədər komandamız azı 2 dəfə də qol vurmaq imkanı qazandı. İkinci hissəni daha çox müdafiədə keçirən futzalçılarımız hesabdakı üstünlüyünü 37-ci dəqiqədə əldən verdi. Ardınca isə matçda ilk dəfə meydan sahibi komanda hesabda önə keçdi. Millimiz qrupda son oyununu aprelin 15-də, Bakı idman Sarayında keçirəcək. Xorvatiya ilə oyun saat 20:00-da start götürəcək.
İsveç – Azərbaycan (2:3) 4:3
11 aprel. Helsinqborq Arena. Saat 21:00
Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Boqdan Sorescu (Rumıniya)
UEFA nümayəndəsi: Fabrizio Di Feliçe (İtaliya)
Timekiper: George Jansizian (İsveç)
Qollar: Fredrik Söderqvist, 10:23, 36:41, Petrit Zhubi, 14:59, Donat Qaşi, 38:03 // Oktay Rüstəmli, 1:07, 1:46, Rüstəm Bağırov, 11:50
Sarı vərəqələr: Fehim Smajloviç, 36:54
İsveç
12. Martin Herlin (q), 9. Fredrik Söderqvist, 10. Petrit Zhubi (k), 13. Noraldin Azizi, 18. Hampus Furublad, 1. Tolga Ayranci, 2. İsmail Fazlija, 4. Viktor Mossberg, 7. Fehim Smajloviç, 8. Nima Kadivar, 11. Bryan Yohansson, 15. Qustav Rydberq, 16. Donat Qaşi, 19. Haidar Bejan
Baş məşqçi: Matija Dulvat
Azərbaycan
1. Emin Kürdov (q, k), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 10. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 12. Vladislav Reznov (q), 2. Rüstəm Bağırov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 11. Eldar Zeynalov, 17. Nurlan Mehdizadə, 20. Novruz Kazıxanov,
Baş məşqçi: Vitali Borisov