...

Millimiz çıxışını başa vurdu


AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün son oyununa çıxıb. Komandamız Bakı idman Sarayında Xorvatiya yığması ilə üz-üzə gəlib. Fasiləyə qədər rəqib 3 qol vurub və hesabda üstünlük qazanıb. İkinci hissədə komandamız Oktay Rüstəmli ilə fərqi azaltsa da, rəqibin yenidən fərqlənməsinə mane ola bilməyib. Yekunda qələbə qazanan Xorvatiya yığması Avropa çempionatının final mərhələsinə yenilgisiz vəsiqə qazanıb.

Azərbaycan – Xorvatiya (0:3) 1:4

15 aprel. Bakı İdman Sarayı. Saat 20:00

Hakimlər: Yianqos Yianqou,  Nikolas Nikolaou, Theoçaris Theoçarous 

(Hakimlər briqadası Kiprdəndir)

Hakim-inspektor: Gjergji Bitri (Malta)

UEFA nümayəndəsi: Massimo Nani (San Marino)

Qollar: Oktay Rüstəmli, 21:05 // David Mataja, 5:56, 11:05, Yosip Yurlina, 8:48, Nikola Gudasic, 31:33

Sarı vərəqə: Murad Quluzadə, 2:22, Xəzər Ağalızadə, 30:36 // David Mataja, 30:36

 

Azərbaycan

1. Emin Kürdov (q, k), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 10. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 12. Vladislav Reznov (q), 8. Rüstəm Bağırov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 2. Eldar Zeynalov, 17. Nurlan Mehdizadə, 20. Novruz Kazıxanov,

Baş məşqçi: Vitali Borisov 

 

Xorvatiya

12. Vinka Rozga (q), 4. Duje Kustura, 10. Yosip Yurlina, 16. Marko Kuraja, 17. Antonio Sekuliç (k), 1. Ante Piplica (q), 20. Nikola Çizmiç (q), 3. Nikola Gudasic, 5. Dean Moravac, 6. David Barbariç, 7. Kristian Çekol, 8. Niko Vukmir, 11. Yakov Hrstiç, 15. David Mataja

Baş məşqçi: Marinko Mavroviç