...

Lideri dəyişən tur


Bu gün yüksək Liqada XV turun oyunları keçirilir. Turun ilk və mərkəzi oyununda lider “Baku Fire”lə ilk “3-lük”də yer alan “Neftçi” İK qarşılaşıb. Nominal meydan sahibləri fasiləyə qədər 2 qol vurub. İkinci hissədən sonra “Baku Fire” fərqi minimuma endirsə də, qapıçı Kamran hacıyevin ikinci sarı-qırmızı vərəqə almasının ardından azlıqda qalan “Baku Fire” meydanın mərkəzinə dəvət olunub. “Neftçi” 21 saniyə sonra yenə rəqib torunu silkələyib. Oyundan qopmayan nominal qonaqlar cəmi 2 dəqiqə sonra fərqi 2 topa endirib. Qapıçını “meydan oyunçusu” ilə əvəzləyən “Baku Fire” buraxdığı qollardan daha birinin əvəzini çıxmağı bacarsa da, növbəti hücum zamanı səhvə yol verdi ki, nəticədə Xətai Bağırov komandasının üstünlüyünü artırdı. Ancaq 2 top fərqli üstünlük 8 saniyə çəkdi. Bu dəfə Oktay dubl etdi. Bu həm də oyunda vurulan sonuncu qol oldu. Turun ikinci oyununda autsayderlə debütant üz-üzə gəldi. Fasiləyə “Yasamal Bakı” hesabda üstün yollandı. İkinci hissəyə “Şuşa” ardıcıl qollarla başladı. Əvvəlcə hesaba tarazlıq gətirən nominal qonaqlar önə keçməyi də bacardı. Tura U-19 – “Araz-Naxçıvan” görüşü ilə yükun vuruldu. Bu görüşdə qazanılacaq qələbə son çempionu zirvəyə yüksəldəcəkdi. Daha güclü və təcrübəli heyətə malik “qırmızı-ağlar” fürsəti əldən vermədi.

Neftçi İK – Baku Fire (2:0) 5:4

24 aprel. Olimpik Star. Saat 14:00

Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, İmran Məhərrəmov

Hakim-inspektor: Ramiz Əsədov

Qollar: Emil Həsənzadə, 6:15, Xətai Bağırov, 19:08, 29:59, 34:50, Fərid Atakişiyev, 29:38 // Henrique Soares, 22:19, Oktay Rüstəmli, 31:17, 34:58, Kənan Manafov, 32:59

Sarı vərəqələr: Vladislav Reznov, 7:44, Xətai Bağırov, 10:21, Əjdər Əjdərov, 12:01, Vahib Xocayev, 28:51, Abdul Qafar, 29:59, Emil Həsənzadə, 32:59 // Kamran Hacıyev, 28:51

Qırmızı vərəqə: Kamran Hacıyev, 29:03 (ikinci sarı)

 

Yasamal Bakı – Şuşa (3:1) 3:6

24 aprel. Olimpik Star. Saat 16:00

Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Elgün Hüseynov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Elçin Məmmədov, 1:42, Qüdrət Qasımzadə, 6:57, 7:28 // Sadegh Javiditabar, 6:23, 21:12, Aidar Turarov, 24:51, 26:06, 36:10, Arzu Abbasov, 39:14 ö\q

Sarı vərəqələr: İmaməli Hüseynov, 13:07, Cavid Mürvətli, 17:46, Qüdrət Qasımzadə, 19:46, Zöhrab Quluşev, 24:13, Elçin Məmmədov, 26:32 // Elmin Qaçaylı, 6:57

 

U-19 – Araz-Naxçıvan (1:6) 1:15

24 aprel. Olimpik Star. Saat 18:00

Hakimlər: Rza Məmmədov, Hidayət Feyzullayev, Ramil Namazov

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Fariz Hüseynov, 15:17 // Nurlan Məmmədov, 4:30, 24:00, Amir Sojaei, 9:48, 15:40, Roman Adamov, 10:31, Karlos Henrique, 11:18, Lazar Milosavljevic, 13:27, Amirhossein Rasouli, 20:15, 33:36, Ali Rostami, 27:12, 32:35, 36:13, Mateus Henrique, 32:27, 39:22, Xəzər Ağalızadə, 37:43