24.04.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın 15-ci turunun Neftçi İK İB – Baku Fire oyununda Neftçi İK İB komandasının köməkçi məşqçisi Əli Hüseynov oyununun fasiləsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.
24.04.2025-ci il tarixində keçirilən Neftçi İK İB – Baku Fire oyununda Baku Fire komandasının qapıçısı Kamran Hacıyev oyunun 30-cu dəqiqəsində qeyri idman hərəkətinə görə 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb.