...

“Araz-Naxçıvan” fərqi artırdı, “Neftçi” 2-ci pilləyə yüksəldi


Bu gün Yüksək Liqada IV dövrəyə start verilib. XVI turun ilk oyununda lider “Araz-Naxçıvan” ən yaxın izləyicisi oloan “Baku Fire”lə üz-üzə gəlib. Nominal qonaqlar oyuna əsas qapıçısız çıxıb. Belə ki, “Neftçi” İKİ ilə matçda qırmızı vərəqə alan Kamran Hacıyev bu dueldə komandasına kömək edə bilməyib.

Oyuna gəldikdə, “Baku Fire” ilk dəqiqələrdən “5-in 4-ə” oynamağa üstünlük verdi. Fasiləyə qədər hər iki tərəfin hesabı açmaq imkanı olsa da, qapılar toxunulmaz qaldı. Həm qeyri-dəqiqlik, bəzi epizodlarda isə qapıçıların düzgün mövqe seçməsi tərəflərə qol sevinci yaşamağa imkan vermədi. İkinci hissədə gərginlik davam etdi. Hətta 33-cü dəqiqədə Matteus 10 metrlik zərbəni dəqiq yerinə yetirə bilmədi. Lakin cəmi 5 saniyə sonra künc nöqtəsindən ötürülən topu Adamov tora qovuşdurmaqla komandasına üstünlük qazandırdı. Sonrakı 2 dəqiqə ərzində “Araz-Naxçıvan” azı 3 real qol epizodunu qaçırdı. “Baku Fire”də Kənan Manafovla cavab verməyə yaxın oldu. Son dəqiqədə isə Giovanny boş qapını nişan almaqla matçın yekun nəticəsini müəyyənləşdirdi.

İkinci oyuna gözlənildiyi kimi, “Neftçi” fəal başladı. İlk 10 dəqiqədə nominal meydan sahibləri 3:0 hesabı ilə öndə idi. Fasiləyə qədər qapılara başqa qol vurulmadı. İkinci hissədə də azarkeşlər qollar izlədi. Yekunda qələbə qazanan “Neftçi” İK turnir cədvəlində ikinci pilləyə yüksəldi. Oyunun 34-cü dəqiqəsində “Neftçi”nin 2 futzalçısı bir-birini vurduğuna görə qırmızı vərəqə aldı.  

Turun son matçında hesabı “Yasamal Bakı” açsa da, qələbəni U-19 qazandı.  

 

Araz-Naxçıvan – Baku Fire (0:0) 2:0

1 may. Olimpik Star. Saat 14:00

Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Anar Fərəcov

Hakim-inspektor: Elçin Səmədli

Qollar: Roman Adamov, 32:25, Giovanny, 39:24

Sarı vərəqələr: Karlos Henrique, 11:19, Giovanny, 39:48 // Henrique Soares, 10:16, Tofiq Mikayılov, 29:00, Elvin Quliyev, 29:48, Fərid Ələkbərov, 29:48, İaqo Henrique, 36:56  

Qırmızı vərəqə: Elvin Quliyev, 36:56 (ikinci sarı)

 

Neftçi İK – Şuşa (3:0) 6:3

1 may. Olimpik Star. Saat 16:00

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Kənan Manafov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Rüstəm Bağırov, 4:00 ö-q, Javad Haydari, 8:00, 9:30, Mirzə Əmirov, 26:11, 35:32, Abdul Ghafar, 38:06 // Vladislav Vorobyev, 25:28, Nüsrət Fərzəli, 30:25, Sadegh Javiditabar, 33:15

Sarı vərəqələr: Abdul Ghafar, 20:36, Javad Haydari, 21:09, Namiq Məmmədkərimov, 25:19, Vladislav Reznov, 33:16, Vahib Xocayev, 39:48 // Sadegh Javiditabar, 11:20, Rüstəm Bağırov, 38:27

Qırmızı vərəqələr: Namiq Məmmədkərimov, 33:48, Emil Həsənzadə, 33:48

  

Yasamal Bakı – U-19 (3:4) 4:7

1 may. Olimpik Star. Saat 18:00

Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Murad Ələkbərli, 4:20, İlqar Nuruşov, 15:30, Qüdrət Qasımzadə, 19:12, 28:43 // Rəvan Quliyev, 11:10, Cavid Mürvətli, 11:46 ö-q, Bəyoğlan Vəlizadə, 13:18, Oqtay Mahmudzadə, 17:08, Pünhan Qasımzadə, 25:58, 27:35, Azər Manafov, 34:40

Sarı vərəqələr: İmaməli Hüseynov, 7:56, Elçin Məmmədov, 19:59, Arzu Abbasov, 39:59 // Oqtay Mahmudzadə, 19:11, Azər Manafov, 33:20, Rəvan Məşiyev, 39:59