...

İntizam Komitəsinin qərarları


01.04.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək liqanın 16-cı turunun Araz Naxçıvan – Baku Fire oyununda Baku Fire komandasının oyunçusu Elvin Quliyev oyunun 28-ci dəqiqəsində söz və ya hərəkətlə etiraz səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
 
01.04.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək liqanın 16-cı turunun Araz Naxçıvan – Baku Fire oyununda Baku Fire komandasının №4 oyunçusu Elvin Quliyev qırmızı vərəqə (ikinci sarı vərəqə) ilə meydandan qovulduqdan sonra oyunun bərpasına maneçilik törətdiyinə,oyun bitdikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın (maddə 43.3);
 
01.04.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək liqanın 16-cı turunun Neftçi İK İB – Şuşa oyununda Neftçi İK İB komandasının oyunçusu №10 Emil Həsənzadə oyunun 34-cü dəqiqəsində Təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
 
01.04.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək liqanın 16-cı turunun Neftçi İK İB – Şuşa oyununda Neftçi İK İB komandasının oyunçusu №11 Namiq Məmmədkərimovun oyunun 34-cü dəqiqəsində Təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.