...

Avro-2022-ni 7 ölkə keçirmək istəyir


2022-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatına evsahibliyi etmək istəyən ölkələrin adları açıqlanıb. 7 ölkə - Fransa, Qazaxıstan, Bosniya və Herseqovina, Hollandiya, İsveç, Portuqaliya və Litva qitə birinciliyini təşkil etmək üçün UEFA-ya müraciət edib. Qalib ölkənin adı bu il sentyabrın 24-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında müəyyənləşəcək.

Qeyd edək ki, 2022-ci ildə keçiriləcək Avropa çempionatında ilk dəfə 16 komanda iştirak edəcək.