...

“Baku Fire-2” Birinci Liqanın qalibi oldu


Bu gün Birinci Liqada mövsümün son 2 oyunu keçirilib. Əvvəlcə 3-cü yer uğrunda matç baş tutub. Pley-off-da məğlub olan “STAR kargo” və “Xan-Lənkəran” üz-üzə gəlib. Görüş “STAR kargo”nun böyükhesablı qələbəsi ilə yekunlaşıb. Qələbə nominal meydan sahiblərinə bürünc medal qazandırıb.

Mövsümün son görüşündə PFL və “Baku Fire-2” qarşılaşıb. Gözlənildiyi kimi, oyun gərgin keçib. Hesab 12-ci dəqiqədə açıldı. Nurlan Allahverdiyev baxımlı qol vurmaqla komandasına üstünlük qazandırdı. Bu həm də birinci hissədə vurualn yeganə qol idi.

İkinci hissəyə PFL qolla başladı. 16-cı dəqiqədə Raqif Eyvazov boş qapını dəqiq nişan almaqla tablodakı rəqəmləri eyniləşdirdi. Cəmi 1 dəqiqə sonra nominal meydan sahibləri bu dəfə üstünlük qazandı. Elçin İsmayılov rəqib torunu silkələdi. Növbəti qolu “Baku Fire-2” vurdu. Nurlan Allahverdiyev dubl etməklə hesaba tarazlıq gətirdi. Oruc Baxşəlizadənin qolu isə nominal qonaqları hesabda önə keçirdi. Matçda son nöqtəni də Baxşəlizadə qoydu. Onun final fitinə 4 saniyə qalmış vurduğu qol matçın yekun hesabı oldu.

Final matçı başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. “Xan-Lənkəran”a pley-off mərhələsində iştirak etdiyinə görə xatirə diplomu təqdim olunub. “Xan-Lənkəran”ın üzvü Emin Cəbrayılov başa çatan mövsüm ərzində 31 qolla liqada ən çox fərqlənən oyunçu kimi fəxri kürsüyə dəvət olunub. Daha sonra “STAR kargo”ya bürünc, PFL gümüş, “Baku Fire-2” qızıl və kubok təqdim olunub.  

 

3-cü yer

STAR kargo – Xan-Lənkəran 9:3

 

Final

PFL – Baku Fire-2  2:4