Bu gün Yüksək Liqada XVIII turun oyunları keçirilib.
Tura lider “Araz-Naxçıvan”la orta pillələrdə qərarlaşan “Şuşa” komandalarının görüşü ilə start verildi. İlk 10 dəqiqədə “Şuşa” favorit “qırmızı-ağlar”a müqavimət göstərdi. Ancaq 12-ci dəqiqədə vurulan qol Amirhosseinin fərqlənməsinə mane ola bilmədilər. Karlos qırmızı vərəqə alaraq komandasını azlıqda qoysa da, iranlı hücumçu fasiləyə qədər daha 2 qol vurmağı bacardı.
İkinci hissəyə nominal meydan sahibləri qollarla başladı. Bu dəfə Roman Adamov dubl etdi. “Araz-Naxçıvan” sonrakı dəqiqələrdə də fərqləndi. “Şuşa”nın gücü isə 1 qola çatdı.
İkinci oyun sürprizlə başladı. Əvvəlcə avtoqol, daha sonra Qüdrətin zərbəsi ilə autsayder hesabda üstünlük qazandı. Ancaq iddialı “Neftçi” toparlanmağı bacardı və dərhal rəqibə cavab verdi. Fasiləyə minimalhesablı üstünlüklə yollanan “Neftçi” ikinci hissənin sonuna yaxın fərqi artırdı.
Araz-Naxçıvan – Şuşa (3:0) 8:1
15 may. Olimpik Star. Saat 14:00
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Nihad Bağırov
Hakim-inspektor: Əfqan Həmzəyev
Qollar: Amirhossein Rasouli, 11:36, 16:06, 17:03, 38:13, Roman Adamov, 23:57, 25:57, Nüsrət Fərzəli, 28:00 (ö/q), Ramazan Atakişiyev, 34:58 // Rüstəm Bağırov, 28:38
Sarı vərəqələr: Karlos Henrique, 9:20, Yevgeni Kukseviç (baş məşqçi), 19:12 // Emil İsrəfilov, 37:02
Qırmızı vərəqə: Karlos Henrique, 13:06 (ikinci sarı)
Neftçi İK – Yasamal Bakı (4:3) 5:3
15 may. Olimpik Star. Saat 16:00
Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Bəxtiyar Osmanov
Hakim-inspektor: Ramiz Əsədov
Qollar: Abdul Ghafar, 6:36, 9:14, Eldar Zeynalov, 12:57, 17:53, 36:09 // Fərid Atakişiyev, 1:23 (ö\q), Qüdrət Qasımzadə, 6:22, İmaməli Hüseynov, 15:02
Sarı vərəqələr: Javad Haidari, 17:47 // Qüdrət Qasımzadə, 10:31, İmaməli Hüseynov, 16:43
Baku Fire – U-19 (7:0) 9:0
15 may. Olimpik Star. Saat 18:00
Hakimlər: Rza Məmmədov, İmran Məhərrəmov, Elgün Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Qollar: Henrique Soares, 6:20, 15:46, Nihad İsmayılov, 7:25, Nurlan Mehdizadə, 9:58, 17:37, 24:28, 27:48, Fərid Abbasov, 11:32, Tofiq Əliyev, 19:44
Sarı vərəqə: Murad Quluzadə, 29:39
Qırmızı vərəqə: Nihad İsmayılov, 21:23