Apellyasiya Arbitraj Tribunalının qərarı
“Neftçi” İK-nın futbolçusu Emil Həsənzadənin barəsində verilən qərardan şikayətə baxılmasına dair
1. “Neftçi” İK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 01.04.2025-ci il tarixində keçirilən Futzal üzrə Yüksək Liqası çərçivəsində Neftçi İK – Şuşa oyununda Neftçi İK komandasının oyunçusu Emil Həsənzadənin oyunun 34-cü dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin 02.05.2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.