15.05.2025-ci il tarixində keçirilən Araz-Naxçıvan – Şuşa oyununda Araz-Naxçıvan komandasının oyunçusu Karlos Henrique Bertuola oyunun 14-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə 2-ci sarı vərəqədən qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
15.05.2025-ci il tarixində keçirilən Baku Fire – U-19 oyununda Baku Fire komandasının oyunçusu Nihad İsmayılovun oyunun 22-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);