...

“Araz-Naxçıvan” çempionluğu təmin etdi


Yüksək Liqada XIX turun oyunları keçkirilir.

Tura lider “Araz-Naxçıvan”la ən yaxın izləyicisi “Neftçi”nin dueli ilə start verilib.

Oyun hər iki komanda üçün əhəmiyyətli idi. Nominal qonaqlar məğlub olmayacağı təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcəkdi. “Ağ-qaralar” isə xal fərqini əritmək baxımından yaxşı fürsət qazanmışdı. “Neftçi”dən Emil Həsənzadə və Namiq Məmmədkərimov, “Araz-Naxçıvan”dan isə Karlos cəzalı olduğuna görə meydana çıxmamışdı.

Oyuna “qırmızı-ağlar” yaxşı başladı və fasiləyə qədər rəqib qapısından 4 top keçirdi. “Ağ-qarlar” isə bu qollardan birinin əvəzini çıxa bildi. İkinci hissəyə nominal meydan sahibləri fərqi azaltmaqla başladı. Ancaq “Araz-Naxçıvan” bu dəfə də rəqibindən çox qol vurmaqla qələbəni təmin etdi. Bununla da “qırmızı-ağlar” çempionluğu vaxtından əvvəl təmin etdi. Gümüş və bürünc medalçının kimliyinə isə mayın 29-da keçiriləcək sonuncu uturun oyununda aydınləq gətiriləcək.

Turun ikinci oyunu nominal qonaqlar üçün daha çox əhəmiyyət kəsb edirdi. Belə ki, “Baku Fire” qələbə qazanacağı təqdirdə ikinci pilləyə yüksələcəkdi. FAsiləyə qədər rəqib qapısından 5 cavabsız top keçirən “Baku Fire” ikinci hissədə də üstünlüyünü artırdı. Qazanılan 3 xal mövsümün başa çatmasına 1 tur qalmış komandanı 2-ci pilləyə yüksəltdi. Gümüş və bürünc medalların sahibi mayın 29-da keçiriləcək oyunda müəyyənləşəcək.

Son oyunda turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar gücünü sınadı. Düzdür, nəticə komandalardan heç birinin mövqeyinə təsir etməyəcəkdi. Hesabı gənclər açsa da, yekunda sevinən tərəf təcrübəlilərdən qurulan debutant oldu.

 

Neftçi İK – Araz-Naxçıvan (1:4) 2:6

22 may. Olimpik Star. Saat 14:00

Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hidayət Feyzullayev

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Mirzə Əmirov, 19:15, Abdul Ghafar, 22:48 // Matheus Henrique, 2:50, 18:48, Xəzər Ağalızadə, 14:40, 15:00, Ülvi Əliyev, 27:36, Amirhossein Rasouli, 28:47

Sarı vərqələr: Mortaza Haidari, 34:19, Əjdər Əjdərov, 36:51 // Roman Adamov, 24:58, Ali Rostami, 27:16

 

Yasamal Bakı – Baku Fire (0:5) 2:16

22 may. Olimpik Star. Saat 16:00

Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Zöhrab Quluşev, 35:26, Elçin Məmmədov, 37:00 //  Kənan Manafov, 1:20, İago Henrique, 1:33, 20:11, 25:05, 34:11, 34:51, 35:00, 36:36, Henrique Soares, 5:42, Nurlan Mehdizadə, 13:54, 31:34, Tofiq Mikayılov, 14:06, Elmir Xəlilov, 25:31 (ö/q), Tofiq Əliyev, 26:01, Oktay Rüstəmli, 28:24

Sarı vərəqə: Elmir Xəlilov, 19:42

Qırmızı vərəqə: Qüdrət  Qasımzadə, 1:31

 

U-19 – Şuşa (2:3) 3:5

22 may. Olimpik Star. Saat 18:00

Hakimlər: Mahir Məmmədov, Elgün Hüseynov, Ramil Namazov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Pünhan Qasımzadı, 1:00, Bəyoğlan Vəlizadə, 13:09, Ədalət Ələkbərov, 38:27 // İlham Alıyev, 3:42, 10:51, 20:26, Sadegh Javiditabar, 5:53, Aidar Turarov, 39:00

Sarı vərqələr: Oktay Mahmudzadə, 4:47, Pünhan Qasımzadə, 24:51 // Nüsrət Fərzəli, 28:01