...

Çempionatın son oyunu canlı yayımlanacaq


Yüksək Liqada 2024-2025-ci il mövsümünün son oyunu - Baku Fire – Neftçi İK görüşü CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Matç mayın 29-da, saat 18:15-də, Bakı İdman Sarayında keçiriləcək. Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.