...

Mükafatlandırma mərasimi keçirilib (fotoreportaj)


“Baku Fire” – “Neftçi” oyunu başa çatdıqdan sonra Yüksək Liqa komandalarına mükafatlar təqdim olunub.

Əvvəlcə son matçı idarə edən hakimlər – Əli Cəbrayılov, Knyaz Əmiraslanov və Hacıəli Ağayev, hakim-inspektor Murad Məmmədova diplomlar, 54 qolla çempionatın bombardiri olan Amirhossein Rasouliyə xatirə hədiyyəsi, “Araz-Naxçıvan”, “Baku Fire” və “Neftçi” İK komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, diplomlar, çempiona kubok təqdim olunub.

Komandaları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev mükafatlandırıblar.

Qeyd edək ki, 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” təmsil edəcək. “Qırmızı-ağlar”ın rəqibləri iyulun 3-də keçiriləcək püşkatmda məlum olacaq.