18.09.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın Neftçi İK İB – Lənkəran MFK oyununda, Neftçi İK İB komandasının qapıçısı Vladislav Reznov oyunun 23-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46);
18.09.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın U-19 – Şuşa MFC oyununda, U-19 komandasının 6 nömrəli oyunçusu Oqtay Mahmudzadə oyunun 12-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46).