...

Mərkəzi oyunda “sülh”


Yüksək Liqada IV turun oyunları keçirilib. İlk oyunda iki iddialı komanda üz-üzə gəlib. Maraqlı məqam odur ki, yay transfer dövründə hər iki komandanın bir neçə üzvü əks istiqamətlərdə keçid ediblər. Görüş gözlənildiyi kimi, gərgin keçdi. Təsadüfi deyil ki, 3-cü dəqiqənin tamamında “Neftçi”nin passivində 4 cərimə xalı var idi. 11-ci dəqiqədə isə “Baku Fire” 10 metrlik cərimə zərbəsi vurmaqla bunun faydasını görməyə yaxın oldu. Ancaq Məhəmməd Abbasovun zərbəsini Reznov zərərsizləşdirməklə hesabın açılmasına imkan vermədi. Cəmi 20 saniyə sonra Eldar Zeynalov keçmiş komandasını meydanın mərkəzinə dəvət etməklə hesabı açdı. 15-ci dəqiqədə isə nominal Meydan sahibləri çox gedişli kombinasiyanı qolla tamamladı. 19-cu dəqiqədə İaqo 10 metrlik cərimə zərbəsini qeyri-dəqiq yerinə yetirməklə fərqlənmək imkanını əldən verdi. Birinci hissənin finalına 11 saniyə qalmış “Baku Fire” ikinci dəfə 10 metrlik zərbədən qol vura bilmədi. Reznov bu dəfə Murad üçün keçilməz sədd oldu. İkinci hissədə hesab 33-cü dəqiqədə dəyişdi. Maiolli dubl etməklə komandasına üstünlük qazandırdı. Bundan sonra nominal qonaqlar qapıçını Meydan oyunçusu ilə əvəzlədi. Və sona 1 dəqiqə qalmış Kənan Manafovun qolu ilə hesaba tarazlıq gətirdi. “Şuşa” sürprizə imkan verməyib Oyunda hesabı “Lənkəran”ın açması sürpriz olub Əyalət təmsilçisi fasiləyə qədər 2 qol vursa da, üstünlüyünü qoruya bilməyib. Təcrübəli futzalçılardan qurulan “Şuşa” isə ikinci hissənin ortalarında hesabı xeyrinə dəyişib və fərq yaradıb. Zirvədə ikihakimiyyətlilik Turun son matçında gənclər yığması ilə son çempion üz-üzə gəlib. UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanaraq zirvədə ikihakimiyyətlilik yaradıb.

 

Neftçi İK – Baku Fire (1:1) 2:2

9 oktyabr. Olimpik Star. Saat 13:30

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Anar Fərəcov

Hakim-inspektor: Ramiz Əsədov

Sarı vərəqələr: Nahid İsmayılov, 3:51, Mehdi Ahanqari, 19:26, Kamran Hacıyev, 19:49, Əjdər Əjdərov, 19:49, Lukas Dias Ramos, 19:57, Hadi Ahmadi, 38:00 // Ramazan Atakişiyev, 11:42, Fərid Abbasov, 30:17

Qollar: Allef Maiolli, 14:33, 32:08 // Eldar Zeynalov, 10:43, Kənan Manafov, 38:56

 

Şuşa – Lənkəran (2:2) 7:3

9 oktyabr. Olimpik Star. Saat 15:30

Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Nihad Bağırov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Namiq Məmmədkərimov, 14:11, Sadegh Javiditabar, 18:58, 34:00, 34:45, Nüsrət Fərzəli, 28:25 Rüstəm Bağırov, 33:21, Şahbaz Həndəmli, 34:56 // Məhəmməd Əliyev, 4:36, Rasim Əhmədov, 15:13, Elşən Mirzəzadə, 37:30

Sarı vərəqələr: Namiq Məmmədkərimov, 5:02, Azər Nağıyev, 34:47 // Anar İsayev, 5:15, Elçin Məmmədov, 13:07, Orxan Qədirov, 18:57, Tofiq Məlikov, 29:51, Rasim Əhmədov, 31:34

 

U-19 – Araz-Naxçıvan (0:5) 0:12

9 oktyabr. Olimpik Star. Saat 17:30

Hakimlər: Mahir Məmmədov, Kənan Məlikov, Vüsal Balaşov

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Luicci Longo, 4:50, 11:58, 31:03, 31:11, Ülvi Əliyev, 8:27, 14:37, Alleks Rezende, 12:36, Qüdrət Qasımzadə, 21:06, Ədalət Ələkbərov, 22:14, 27:42, 36:24, Aleks Teyxeyra, 30:11