...

7-ci qrupun oyunlarını idarə edəcək hakimlər


UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 7-ci qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. FİFA referiləri Viktor Şix (Fransa), Vasilika Kiuplea (Uels), Aslan Qalayev (Qazaxıstan), İrmantas Kaprasovas (Litva) oyunlarda ədaləti qoruyacaq. Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Nebojsa Paniç (Serbiya) və Sebastian Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, Rumıniyada keçiriləcək qrup mərhələsində “Araz-Naxçıvan”ın oyun qrafiki belədir:

Araz-Naxçıvan – Yunayted Qalati (Rumıniya)

29 oktyabr. Sala Sporturilor Dunarea. Saat 22:00

 

Araz-Naxçıvan – Differdanje 03 (Lüksemburq)

30 oktyabr. Sala Sporturilor Dunarea. Saat 19:00

 

Tigers Roermond (Niderland) – Araz-Naxçıvan

1 noyabr. Sala Sporturilor Dunarea. Saat 18:00