...

Əzmkar heç-heçə


Bu gün UEFA Çempionlar Liqasında "Araz-Naxçıvan" növbəti oyununa çıxıb.

Təmsilçimiz Lüksemburq çempionu "Differgange 03"lə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. "Qırmızı-ağlar" qollarını Perruzo və Luicci vurublar.

Qeyd edək ki, "Araz-Naxçıvan" turnirin ilk oyununda Rumıniyanın "Qalati Yunayted" komandasını 2:1 hesabı ilə məğlub etmişdi. Qrupda sonuncu turun oyunları noyabrın 1-də keçiriləcək. Azərbaycan çempionu Niderlandın "Tigers Roermond" klubu ilə qarşılaşacaq.