UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün son oyununu keçirən “Araz-Naxçıvan” “Tigers Roermond”la qarşılaşıb. 3:2 hesabı ilə qələbə qazanan təmsilçimiz qrup mərhələsini lider kimi başa vurub və 1/8 finala vəsiqə qazanıb. Bu mərhələnin püşkü noyabrın 6-da, oyunlar isə noyabrın 24-də və dekabrın 5-də keçiriləcək.
Tigers Roermond (Niderland) - Araz-Naxçıvan (1:1) 2:3
UEFA Çempionlar Liqası. Əsas mərhələ, III tur
1 noyabr. Sala Sporturilor Dunarea. Saat 18:00
Hakimlər: Viktor Çaix (Fransa), Aslan Qalayev (Qazaxıstan), İrmantas Kapraşovas (Litva)
Timekiper: Laurentiu Deakonu (Rumıniya)
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)
Qollar: Soufian Çarraoui, 18:54, 25:24 // Valerio Giovanny, 10:24, 39:10, Jean Perruzo, 29:51
Sarı vərəqələr: Soufian Çarraoui, 17:17, Ayyoub Tamoukh, 24:59 // Aleks Teyxeyra, 8:38, Karlos Bertuola, 10:58, Filipinyo, 30:24, İaqo Henrique, 35:31
“Tigers Roermond”
1. Manuel Kuyk (q), 7. Soufiane Borite, 9. İsak Belhaj, 99. Ayyoub Tamoukh, 90. Bram Meyers (q), 4. AitDakhouç, 8. Soufian Çarraoui, 11. Taoufik Çadli, 14. Mrabet-Eloued, 17. El Amiri, 23. Laçen Bouyouzan
Baş məşqçi: Hicam Ben Hammou
“Araz-Naxçıvan”
1. Emin Kürdov (q, k), 7. İaqo Henrique, 8. Ülvi Əliyev, 29. Luicci Longo, 49. Valerio Giovanny, 12. Rövşən Hüseynli (q), 3. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 10. Jean Perruzo, 15. Aleks Teyxeyra, 20. Ədalət Ələkbərov, 21. Filipinyo, 98. Karlos Bertuola
Baş məşqçi: Yevgeni Kukseviç