...

Zirvədəkilərdən büdrəyən olmadı


Birinci Liqada V turun oyunları keçirilib. Turnir cədvəlinin zirvəsində yer alan PFL və STAR kargo növbəti 3 xalı qazanıb. “Timsport” “Ulduz”dan, “Dəstə Ordubad” isə autsayder “Atletiko Baku”dan güclü olub. “Yeni Suraxanı” – “Baku Fire-2” görüşü isə baş tutmayıb. Buna səbəb “Yeni Suraxanı” komandasının təyin olunan vaxtda meydana çıxmamasıdır. Nəticə ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.

Xan-Lənkəran – STAR kargo 4:7

Timsport – Ulduz 9:4

PFL - Trabzon Azərbaycan 13:2

Dəstə Ordubad - Atletiko Baku 5:2