...

Millinin üzvü əməliyyat olunub


Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvü Mirzə Əmirov cərrahiyyə əməliyyatı olunub. Futzalçının “Liv Bona Dea”da “diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası” əməliyyatı uğurlu alınıb. Bu gün xəstəxananı tərk edəcək M. Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.