Sabah Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisi hazırlığını davam etdirir. Komandamız bu gün matçın keçiriləcəyi zalda oyunöncəsi məşqinə çıxıb. Təxminən 1 saat davam edən hazırlıq prosesində futzalçılar taktiki çalışmalar yerinə yetirib.
Qeyd edək ki, yanvarın 22-də baş tutacaq oyun saat 19:00-da başlayacaq. Zala giriş biletsiz olacaq. Görüş CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.