...

Bu gün saat 16:00: Azərbaycan - Danimarka


Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. Komandamız 2 gün əvvəl olduğu kimi, yenə Danimarka futzalçıları ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 16:00-da start götürəcək. Qeyd edək ki, yanvarın 22-də keçirilən oyunda rəqib 4:1 hesablı qələbə qazanmışdı.

Azərbaycan – Danimarka

Yoldaşlıq oyunu

24 yanvar. Bakı İdman Sarayı. Saat 16:00

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov