...

“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə


Bu gün Yüksək Liqada XI turun 2 oyunu keçirilib. İlk oyunda iddialı “Neftçi” autsayder “Lənkəran”la qarşılaşıb. Oyun “ağ-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb. Digər oyunda lider “Araz-Naxçıvan”la “ilk 3-lük”də yer alan “Baku Fire”lə üz-üzə gəlib. Əvvəlcə nominal meydan sahibləri ardıcıl 2 qol vurub. Amma fasiləyə qədər lider nəinki status-kvonu bərpa edib, hesabı xeyrinə də dəyişməyi bacarıb. İkinci hissədə daha çox qol vuran “qırmızı -ağlar” dueldən qalib ayrılıb. Tura şənbə günü keçiriləcək bir oyunla yekun vurulacaq.

Neftçi İK – Lənkəran (8:0) 19:0

19 fevral. Olimpik Star. Saat 14:00

Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Elgün Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Qustavo Rodrigues, 1:00, 26:14, 32:28, 34:23, 38:31, Fərid Atakişiyev, 1:33, Tofiq Əliyev, 5:29, Allef Maiolli, 9:24, 19:30, 25:43, Markus Vinisius, 11:26, 18:43, 19:06, 21:14, 24:15, 31:54, Əjdər Əjdərov, 22:57, Arzu Abbasov, 31:12 ö/q, Bəyoğlan Vəlizadə, 38:13

Sarı vərəqələr: Qustavo Rodrigues  32:14, Allef Maiolli, 34:35 // Orxan Qədirov, 13:27, Sabir Hacıəliyev, 36:40

 

Baku Fire – Araz-Naxçıvan (2:3) 3:8

19 fevral. Olimpik Star. Saat 16:00

Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Ramil Namazov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Murad Quluzadə, 10:45, Novruz Kazıxanov, 13:23, Emin Kürdov, 27:30 ö/q // Giovanny, 13:40, 32:07, Peruzzo, 16:32, 19:10, 27:54, Nüsrət Fərzəli, 26:57 ö/q, Felipe, 33:07, Ədalət Ələkbərov, 39:32

Sarı vərəqə: Aleks Teyxeyra, 20:49

 

U-19 – Şuşa

21 fevral. Olimpik Star. Saat 14:30

Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Mahir Məmmədov

Hakim-inspektor: Azad Hüseynov