...

“Neftçi”dən geridönüş, “Araz-Naxçıvan” və “Şuşa”dan darmadağın


Bu gün Yüksək Liqada XIV turun oyunları keçirilib. Turun  açılış matçında lider “Neftçi” medallara iddialı “Baku Fire”lə qarşılaşıb. Matçda hesabı nominal qonaqlar açsa da, braziliyalıların ardıcıl qolları sayəsində “ağ-qaralar” üstünlük yaxaladı. Ancaq fasiləyə qədər “narıncılar” 10 metrlik zərbə sayəsində status-kvonu bərpa edib, sona 2 saniyə qalmış isə Fərid Abbasovun qolu sayəsində nəticəni xeyrinə dəyişməyi bacarıb.

İkinci hissə daha gərgin keçib. Bu dəfə “ağ-qaralar” rəqibindən daha çox qol vurub və növbəti qələbəsini qazanıb.

Qeyd edək ki, bu komandalar arasında I dövrədə keçirilmiş oyunda 2:2 hesablı heç-heçə qeydə alınsa da, ikinci dövrədə “Neftçi” 8:4 hesablı qələbə qazanıb.

İkinci oyunda təcrübəli “Araz-Naxçıvan” gəncləri çətinlik çəkmədən məğlub etdi.

Tura autsayderlə orta pillələrdə yer alan komandaların dueli ilə yekun vurulub.

 

Neftçi İK – Baku Fire (2:3) 5:3

12 mart. Olimpik Star. Saat 14:00

Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Vüsal Balaşov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Lukas Ramos, 10:42, Qustavo Rodrigues, 14:14, 36:20, İaqo Henrique, 27:15, Allef Maiolli, 30:35 // Oqtay Rüstəmli, 3:25, Novruz Kazıxanov, 15:38, Fərid Abbasov, 19:58

Sarı vərəqələr: Kamran Hacıyev, 16:35, Nihad İsmayılov, 31:54, Fuad Rzayev (baş məşqçi), 37:29 // Teymur Eyvazov (baş məşqçi), 12:08, Mahir Babayev (inzibatçı), 12:08, Fərid Abbasov, 23:41

Qırmızı vərəqələr: Kamran Hacıyev, 24:28 (ikinci sarı) // Mahir Babayev (inzibatçı, ikinci sarı), 12:08

 

U-19 – Araz-Naxçıvan (0:6) 0:13

12 mart. Olimpik Star. Saat 16:00

Hakimlər: Hidayət Feyzullayev, Elgün Hüseynov, Nihad Bağırov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Amirhossein Rasuli, 0:43, 13:24, 28:46, Alleks Rezende, 7:30, 14:01, 15:13, 20:47, Ədalət Ələkbərov, 10:47, Aleksanderson Teyxeyra, 21:19, Elan Delon, 25:13, 33:11,  Felipe Lima, 27:38, Karlos Perreyra, 29:57

  

Şuşa – Lənkəran (4:1) 14:1

12 mart. Olimpik Star. Saat 18:00

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Kənan Məlikov

Hakim-inspektor: Elçin Səmədli

Qollar: Namiq Məmmədkərimov, 3:35, 15:28, 30:24, 32:37, Vladislav Vorobyev, 6:37, Sadegh Javiditavar, 10:13, 20:33, 29:40, 34:41, 38:07, Adil İsmayılov, 25:00, Ümid Qəhrəmanov, 26:14, Anar İsayev, 35:11, 37:53 // Zöhrab Quluşev, 19:34

Sarı vərəqələr: Adil İsmayılov, 9:25, Azər Nağıyev, 19:52, // Mətin İskəndərli, 16:54, Arzu Abbasov, 17:16, Ayxan Məmmədov, 34:41, Fikrət Zeynallı, 37:08

Qırmızı vərəqə: Arzu Abbasov, 26:44 (ikinci sarı)