Futzal üzrə ölkə çempionatının bütün liqaları, eləcə də Azərbaycan kuboku üçün “transfer pəncərəsi” bu gün bağlanacaq. Klublar heyətlərinə cəlb etdikləri oyunçuları günün sonuna qədər qeydiyyatdan keçirməlidirlər. Əks təqdirdə, onların yeni klublarında çıxışına icazə verilməyəcək. Qeyd edək ki, qış “transfer pəncərəsi” yanvarın 3-dən açıqdı.