...

“Neftçi” İK vahid lider oldu


Yüksək Liqada XV turun oyunları keçirilib. III dövrənin son turunun ilk matçında medallar uğrunda mübarizə aparan “Baku Fire” “Şuşa” ilə qarşılaşıb. Gərgin və qol epizodları ilə zəngin olan matçda “Baku Fire” 3 xalı aktivinə yazdırıb.

Turun mərkəzi oyununda eyni xala malik və turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandalar qarşılaşıb. Arxada qalan 2 dövrədə hərəyə 1 qələbə qazanan tərəflər bu dəfə üstünlük əldə etməyə çalışacaqdı. Matça “Neftçi” İK itki ilə çıxmışdı. Ötən oyunda qırmızı vərəqə alan qapıçı Kamran Hacıyev komandasına kömək edə bilmirdi.

Hesabı nominal meydan sahibləri açsa da, “ağ-qaralar”ın cavabı özünü çox gözlətmədi. Növbəti dəfə avtoqol qeydə alındı və “qırmızı-ağlar” fasiləyə minimalhesablı üstünlüklə yollandı.

İkinci hissənin 26-cı dəqiqəsində “Neftçi” Status-kvonu bərpa etməyi bacardı. Vinisius 5 dəqiqə sonra komandasını oyunda ilk dəfə hesabda önə keçirdi. Sona 24 saniyə qalmış Maiolli fərqi 2 topa çatdırmaqla turnir cədvəlində vahid lider oldu.

“Lənkəran” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə, U-19-la matçın nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.

 

Baku Fire – Şuşa (4:2) 8:4

19 mart. Olimpik Star. Saat 12:30

Hakimlər: knyaz Əmiraslanov, Rza Məmmədov, Nihad Bağırov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Kənan Manafov, 2:18, Ümid Qəhrəmanov, 8:58 ö/q, Məhəmməd Abbasov, 9:25, 24:55, 25:16, 32:21, Rüfət Məmmədli, 16:41, Nurlan Məmmədov, 28:32 // Sadegh Javiditabar, 4:05, 20:59, Namiq Məmmədkərimov, 18:40, Anar İsayev, 26:07

Sarı vərəqələr: Həsənəli Rəhimov, 9:34, Nüsrət Fərzəli, 17:50, Əli Həsənzadə, 22:58 // Namiq Məmmədkərimov, 8:02, Qüdrət Qasımzadə, 21:37, Vladislav Vorobyev, 33:43, Sadegh Javiditabar, 35:48

 

Araz-Naxçıvan – Neftçi İK (2:1) 2:4

19 mart. Olimpik Star. Saat 14:30

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov

Hakim-inspektor: Ramiz Əsədov

Qollar: Filipe, 10:09, Emil Həsənzadə, 13:41 ö/q // Fərid Atakişiyev, 10:45, Markus Vinisius, 25:31, 30:23, Allef Maiolli, 39:36

Sarı vərəqələr: Filipe, 9:23, Peruzzo, 15:09 // Allef Maiolli, 11:05, Nihad İsmayılov, 15:45, Lukas Ramos, 22:55, Əjdər Əjdərov, 30:23, Allef Maiolli, 39:36, Emil Həsənzadə, 39:36

 

Lənkəran – U-19

19 mart. Olimpik Star. Saat 17:00

Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Mahir Məmmədov

Hakim-inspektor: Ramiz Əsədov