Bu gün Birinci Liqada IX turun oyunları keçirilib. Bununla da əsas mərhələyə yekun vurulub. Pley-offa vəsiqəni təmin edən komandalardan yalnız “Xan-Lənkəran” məğlub olub. Əyalət təmsilçisi PFL-lə üz-üzə gəlib və lider minimalhesablı qələbəyə sevinib. Böyükhesablı qələbəni isə “Baku Fire-2” aktivinə yazdırıb. “Trabzon Azərbaycan” isə cari mövsümdə ikinci qələbəsini qazanıb. Mərhələnin son matçı məhsuldar keçib. Sülhlə bitən görüşdə komandalar hərəyə 10 qol vurublar.
Trabzon Azərbaycan – Atletiko Baku 7:3
Ulduz – Baku Fire-2 0:13
PFL – Xan-Lənkəran 2:1
Timsport – Dəstə Ordubad 10:10
Yeni Suraxanı – STAR kargo 0:5
Beləliklə pley-offda PFL – “Xan-Lənkəran”la, “STAR kargo” – “Baku Fire-2” ilə qarşılaşacaq.