İki gün əvvəlki oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç həm qapıda, həm də Meydan oyunçuları sırasında dəyişiklik etmişdi. Çərçivə bu dəfə Emin Kürdova tapşırılmışdısa, ilk dəqiqələrdən meydana bu gün doğun gününün qeyd edən Tofiq Mikayılov, Oqtay Rüstəmli, Murad Quluzadə və Fərid Abbasov çıxmışdı. Yeri gəlmişkən, ötən matçda meydana çıxan Pünhan Qasımzadə əsas millidə debütünü reallaşdırmışdı. Oyuna gəldikdə, hesabı yenə Meydan sahibi komanda açdı. Ötürmə səhvindən sonra topa sahib olan rəqib 4-cü dəqiqədə sükutu pozdu. Sonrakı dəqiqələrdə az 2 dəfə komandamız statys-kvonu bərpa edə bilərdi. Xüsusilə də Fərid Abbasovun boş qapını dəqiq nişan ala bilmədi. 14-cü dəqiqədə tarazlığı bərpa edə bildik. Ülvinin qapı qarşısına parallel ötürməsini Nihad tora qovuşdurdu. 1 dəqiqə sonra meydan sahibləri mübahisəli qol vuraraq hesabı yenidən lehinə dəyişdi. İkinci hissədə üstün oynayan tərəf komandamız olsa da, fərqlənən gürcülər oldu. Beləliklə eyni rəqiblə ikinci oyunda da Gürcüstan yığması qələbə qazandı.
Gürcüstan – Azərbaycan (2:1) 5:2
Yoldaşlıq oyunu
11 aprel. Tbilisi Arena. Saat 14:00
Hakimlər: Grigol Bliadze, Aleksandre Qrdzelişvili, Qoça Taruaşvili
Timekeeper: Sopiko Rizhamadze
Qollar: Nikoloz Qabriçidze, 3:03, Levan Svanidze, 14:09, Giorgi Çimakadze, 34:02 , 38:16, Nikoloz Kurtanidze, 37:26 // Nihad İsmayılov, 13:02, Ədalət Ələkbərov, 39:37
Sarı vərəqələr: Vaxtanq Kekeliya, 30:51 // Fərid Abbasov, 8:55, Nihad İsmayılov, 14:09, Emil Həsənzadə, 29:24
Gürcüstan
16. Əli Aslani (q), 2. Nikoloz Qabriçidze, 4. Giorgi Çimakadze, 6. Janiko Giorgia, 7. Şota Topuria, 1. Luka Xarşiladze (q), 12. Tornike Bukia (q), 3. Saba Tkeşelaşvili, 8. Vaxtanq Kekeliya, 9. İrakli Todua (k), 10. Vaxtanq Jvaraşvili, 11. Nika Xaratişvili, 14. Nukri Tçumburidze, 17. Arçil Sebiskveradze, 18. Nikoloz Kurtanidze, 19. Saba Egriselaşvili, 20. Levan Svanidze
Baş məşqç: Avtandil Asatiani
Azərbaycan
1. Emin Kürdov (q, k), 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 20. Fərid Abbasov, 12. Rövşən Hüseynli (q), 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 17. Ədalət Ələkbərov, 18. Tofiq Əliyev
Baş məşqçi: Yevgeni Kukseviç