...

Aktauda ilk oyun


Azərbaycan millisi Aktaudakı təlim-məşq toplanışı çərçivəsində bu gün Qazaxıstan yığması ilə qarşılaşıb. Komandamız səfərə 16 futzalçı ilə yollansa da, görüş FİFA-nın reytinq cədvəlinə salınacağına görə, protokola 14 nəfərin adı daxil edilmişdi. Nəticədə Pünhan Qasımzadə və yüngül zədəsi olan Tofiq Mikayılov oyunu kənardan izlədi. Rəqib isə bir müddət əvvəl karyerasını başa vuran braziliyalı qapıçı İgitanı yenidən heyətə dəvət etmişdi. Edison da komandasına kömək edənlər sırasında idi. Matça rəng qatan məqamlardan biri də uzun müddət milli komandamıza başçılıq edən Alesio Da Silvanın bu dəfə rəqib məşqçisi kimi rəqib düşərgədə olması idi. Tbilisi toplanışı ilə müqayisədə Azərbaycan millisinin qapısını Cavad Məmmədov qoruyurdu. Oyuna gəldikdə, daha təcrübəli heyətə malik meydan sahibləri 14-cü dəqiqədə hesabı açdı. Cəmi 24 saniyə sonra komandamız ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Ancaq 2 dəqiqə sonra Kazıxanovla fərqi minimuma endirdik. Fasiləyə qədər rəqib daha bir qol vurdu. İkinci hissədə ardıcıl qollar vuran Qazaxıstan yığması böyükhesablı qələbə qazandı. Bu komandalar arasında növbəti oyun aprelin 15-də, saat 17:00-da BS Arenada olacaq.

Qazaxıstan – Azərbaycan (3:1) 9:2

Yoldaşlıq oyunu

13 aprel. BS Arena. Saat 19:00

Hakimlər: Tanant Raymberniev, Timur Toktabaev, Erban Kurmamalıev

(Hakimlər Qırğızıstandandır)

Qollar: Leo İgita, 13:20, Abdirassil Abdumanapulı, 13:44, Albert Akbalıkov, 15:55, Birjan Orazov, 23:10, 31:43, Erjan Karmenov, 29:02, Aqedil Madiyarov, 30:11, 36:52, Arnold Knaur, 32:37 // Novruz Kazıxanov, 15:41, Oqtay Rüstəmli 37:06

Sarı vərəqələr:

 

Qazaxıstan

2. Leo İgita (q, k), 17. Birjan Orazov, 8. Erjan Karmenov, 6. Edson Santos, 7. Azat Valiullin, 16. Narun Serikov (q), 3. Arnold Knaur, 5. Akzol Daribay, 9. Albert Akbalıkov, 10. Cahangir Raşit, 11. Abdirassil Abdumanapulı, 14. Aqedil Madiyarov, 19. Damir Kairbai, 30. Aleksandr Deryabin

Baş məşqçi: Kakau

 

 

Azərbaycan

19. Cavad Məmmədov (q), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Ədalət Ələkbərov, 1. Emin Kürdov (q, k), 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 20. Fərid Abbasov, 3. Kənan Manafov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 18. Tofiq Əliyev

Baş məşqçi: Yevgeni Kukseviç