...

20 qolun vurulduğu tur


Bu gün Yüksək Liqada XIX turun oyunları keçirilib. İlk matçda lider “Neftçi” mükafatlar uğrunda mübarizə aparan “Baku Fire” ilə qarşılaşıb. “Ağ-qaralar” fasiləyə qədər 5 cavabsız top vurub. İkinci hissədə cəmi 1 qol vurulub ki, bu dəfə fərqlənən nominal qonaqlar oldu. Günün ikinci oyununda “Araz-Naxçıvan” gənclər yığması ilə qarşılaşıb. “Qırmızı-ağlar” fasiləyə qədər 8 cavabsız top vurub. İkinci hissədə üstünlüyünü artıran nominal meydan sahibləri böyükhesablı qələbə qazanıb. Bu tur 3 xalı meydana çıxmadan “Şuşa” aktivinə yazdırıb.

Baku Fire – Neftçi İK (0:5) 1:5

7 may. Olimpik Star. Saat 14:00

Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Knyaz Əmiraslanov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Məhəmməd Abbasov, 37:03 // Lukas Ramos, 2:59, 14:11, Allef Maiolli, 6:39, 13:41, Markus Vinicius, 19:03

Sarı vərəqə: Murad Quluzadə, 19:21

 

Araz-Naxçıvan – U-19 (8:0) 12:2

7 may. Olimpik Star. Saat 16:30

Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Hikmət Qafarlı

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Alleks, 2:22, 18:38, Teixeira Barbos, 3:00, 11:25, 12:48, Filipe De Lima, 11:00, Amirhossein Rasuli, 15:39, 29:25, Turan Azayev, 16:12 ö.q, Ülvi Əliyev, 21:53, Mirzə Əmirov, 32:58, Giovanny, 35:36 // İsmayıl Əhmədov, 22:10, Fərid Kərimli, 23:45

Sarı vərəqələr: Teixeira Barbos, 3:35 // Oqtay Mahmudzadə, 7:47