...

Çempionun adını müəyyənləşdirəcək oyun canlı yayımlanacaq


Yüksək Liqada mövsümün sonuncu - “Araz-Naxçıvan” – “Neftçi” İK oyunu canlı yayımlanacaq. Belə ki, mayın 18-də, XX tur çərçivəsində keçiriləcək görüşü tamaşaçılar CBC Sport vasitəsilə izləyə biləcəklər. Qarşılaşmanın start fiti saat 16:00-da Bakı İdman Sarayında veriləcək. Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, sonuncu turun oyunlarının nəticəsindən asılı olmayaraq “Baku Fire” bürünc medalları təmin edib. Qızıl və gümüş medalçının adına isə mayın 18-də aydınlıq gətiriləcək. “Neftçi” İK 52 xalla birinci, “Araz-Naxçıvan” isə 49 xalla ikinci pillədə yer alıb.