Yüksək Liqanın birinci turunda “Araz” klubu üçün tarixi hadisə baş verib.
Belə ki, klubun Yüksək Liqada 2300-cü qolu vurulub. Qolun müəllifi isə Ramiz Çovdarov olub. O, “Yasamal” FK ilə dueldə bunu bacarıb. Oyunun 1:59-cu dəqiqəsində hesabı açan Çovdarov komandasının 2300-cü qolunu vurumaqla adını klubun tarixinə yazdırıb. Bu, 2004-cü ildə yaradılan “Araz”ın ancaq çempionat oyunlarında vurulan qollarının sayıdı.