15 fevral 2019-cu il, futzal üzrə Birinci Liqanın “Füzuli” – AZMİU matçının 5-ci dəqiqəsində “Füzuli” klubunun 6 №-li futzalçısı Murad Gülməmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 fevral 2019-cu il, futzal üzrə Birinci Liqanın “Baku Fans” – “Sovetski” matçında “Sovetski” klubunun heyətində protokolda adı olmuyan futzalçı iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 48).
17 fevral 2019-cu il, futzal üzrə İkinci Liqanın “Borçalı” – “Gilan” matçında “Gilan” klubunun heyətində protokolda adı olmuyan futzalçı iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 48).