19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. Bakı İdman Sarayında keçirilmiş və CBC Sport kanalı vasitəsilə yayımlanmış oyunda hesabı qonaqlar açıb. Ancaq cəmi 2 dəqiqə sonra komandamız status-kvonu bərpa edib, hətta hesabı lehinə də dəyişib. Sonrakı dəqiqələrdə tərəflər hərəyə bir dəfə fərqlənib ki, nəticədə komandamız fasiləyə üstün yollanmağı bacarıb. İkinci hissənin əvvəlində üstünlüyü ələ leçirən rəqib hesaba da tarazlıq gətirib. Daha 2 qol vuran qonaqlar yekundə qələbə qazanıb. Xatırladaq ki, bu komandalar arasında növbəti oyun fevralın 21-də, saat 19:00-da, Bakı İdman Sarayında keçiriləcək.
Azərbaycan U-19 – Türkiyə U-19 3:5 (3:2)
19 fevral. Bakı İdman Sarayı. Saat 19:00
Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Kənan Məlikov
Qollar: T. Hüseynov, 07:48, N. Mehdizadə, 08:15, R. Mütəllimov, 12:29 // S. Çollak, 05:33, M. F. Özhan,11:30, 22:22, 38:12, B. Dırağa, 26:46
Sarı vərəqə: N. Quluzadə, 36:12
Azərbaycan
1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Huseyn Qarayev, 9. Rafael Mütəllimov, 13. Fuad Məmmədzadə, 17. Nicat Quluzadə, 19. Hüseyn Abutalıbov (q)
Baş məşqçi: Ağatahir Əzimov
Türkiyə
1. Recep Taş (q), 3. Mustafa Acar, 6. Muhammed Yusuf Aygün, 7. Muhammed Furkan Özhan, 10. Bünyamin Ballı (k), 12. Erkan Çinar (q), 23. Ertuğrul Yıldız (q), 2. Mustafa Yorulmaz, 4. Arda Köksal, 5. Emir Şenocak, 8. Sefa Çollak, 9. Berat Altındiş, 11. Batuhan Dırağa
Baş məşqçi: Murat Kaya